IQNA

Səudiyyə rejiminin Yəməndəki cinayətlərinin 6 illik dəhşətli statistikası

8:48 - March 25, 2021
Xəbər sayı: 3489499
Yəmənə qarşı ABŞ-Səudiyyə rejiminin təcavüzkar koalisiyasının 6 ildir davam edən təcavüzü və blokadası zamanı Yəmənin mülki itkilərinin yeni statistikası açıqlanıb.

Yəmənə qarşı ABŞ-Səudiyyə rejiminin təcavüzkar koalisiyasının 6 ildir davam edən təcavüzü və blokadası zamanı Yəmənin mülki itkilərinin yeni statistikası açıqlanıb.

Əynul İnsəniyə İnsan Hüquqları və İnkişaf Mərkəzi 6 il ərzində Yəmənə qarşı amansız ABŞ-Səudiyyə rejimi-BƏƏ təcavüzünün qurbanlarının statistikasını açıqlayıb.

Mərkəzin bu gün (23 mart) dərc etdiyi hesabatında Yəmənə təcavüzkar hücumların başladığı gündən indiyə qədər 43593 yəmənlinin həlak olduğunu və yaralandığını açıqlayıb.

Yəmənə qarşı işğalçı hücumlarını davam etdirən ABŞ-Səudiyyə rejimi-BƏƏ koalisiyası 2100 gün ərzində 3821-i uşaq və 2394-u qadın olmaqla 18097 mülki şəxsi qətlə yetirib, 4183 uşaq və 2815 qadın olmaqla 27496 mülki şəxsi yaralayıb.

Hesabata görə, Yəmənə qarşı həyata keçirilən hücumlarda 57119 yaşayış binası məhv edilib. Bundan başqa 1102 məktəb, 390 xəstəxana ilə səhiyyə mərkəzi, 178 universitet və ali təhsil binası, 7191 kənd təsərrüfatı sahəsi, 1413 məscid, 48 informasiya obyekti, 247 arxeoloji abidə, 367 turizm obyekti təcavüzkar hücumlarda məhv edilib.

Təcavüzkar hücumlarda, həmçinin 15 aeroport, 16 liman, 4764 yol və körpü, 307 elektrik stansiyası və generator, 2228 anbar və su şəbəkəsi, 551 rabitə stansiyası hədəfə alınıb.

Hesabatda eləcə də, 395 müxtəlif fabrik, 11387 ticarət müəssisəsi, 680 bazar, 416 toyuq və heyvandarlıq təsərrüfatı, 904 ərzaq mağazası, 394 yanacaqdoldurma məntəqəsi, 7495 nəqliyyat vasitəsi, 292 yanacaq sisterni, 815 qida yük maşınını, 464 balıqçı gəmisinin məhv edildiyi bildirilib. /iqna

 

Teqlər: yəmən ، Ənsarullah ، səudiyyə
captcha