Ultra-ortodoksal yəhudilər (Haredim) Qüds şəhərinin şərq hissəsində etiraz aksiyası keçiriblər. Onlar aksiya zamanı İsrail bayrağını yandırıblar və Fələstin bayrağını dalğalandırblar.
Əllərində Fələstin bayrağı tutan yəhudilər bildiriblər ki, sionizm yəhudilər və onların dininin baxışlarını əsk etdirmir.
Etirazçılar İsrail əleyhinə şüarlar səsləndiriblər, daha sonra isə İsrail bayrağını yandırıblar.
Etirazçılar arasında yəhudilərin “Neturey Karto” icmasının nümayəndələri də olub.
İsrail polisi aksiyanı dağıdıb.
Qeyd edək ki, Haredim təmsilçiləri İsrail əhalisinin 10%-ni təşkil edir.