Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri İmran Xan ilə də telefonla danışıb.
Az.shafaqna.com “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, telefon danışığında Türkiyə-Pakistan əlaqələrini yaxşılaşdırmaq üçün atılan addımlar və regional məsələlər, xüsusilə İsrailin Fələstində həyata keçirdiyi hücumlar müzakirə edilib.
Ərdoğan müzakirə zamanı İsrailin Qüds, Qəzza, Məscidul Əqsa və fələstinlilərə qarşı hücumları ilə insanlıq və hüquqa zidd addımlarına qarşı addımlar atılması üçün fəaliyyətini davam etdirdiyini qeyd edərək beynəlxalq cəmiyyətin İsrailə güclü və tutarlı dərs verməsinin vacibliyini önə çəkib.