IQNA

Azərbaycan vətəndaşları İsrailin cinayətlərinə etiraz etdilər

16:33 - May 16, 2021
Xəbər sayı: 3489829
Azərbaycan Respulikasının İranda yaşayan vətandaşları Fələstinin Tehrandakı səfirliyi qarşısında toplaşaraq terrorçu ionist rejiminin son cinayətlərinə qarşı etirazlarını bildiriblər.

Azərbaycanlı ruhani tələbələri və ailələri, Fələstinin İran İslam Respublikasındakı səfirliyinin önündə Fələstinlilərə dəstək aksiyası keçirdilər.

"Vahid Ümmət" Azərbaycanlı Ruhanilər Birliyinin təşəbbüsüylə keçirilən bu etiraz aksiyasında aşağıdakı bəyənat qiraət olundu.

“Bismilləhir Rahmənir Rahim

أَلَيْسَ الصُّبْحُ بِقَرِيبٍ

Məgər sübh yaxın deyilmi. (Hud surəsi/81)

Salam olsun Fələstin müqavimətinə, Salam olsun şəhidlərə!  Salam olsun izzətli məzlumlara!  Salam olsun Allah yolunda canını sipər edənlərə,  salam olsun zalimin kökünü kəsənlərə,  salam olsun Allahın mərd kişilərinə.                                                                                                            

Bu gün haqqın bərpasının günüdür, bu gün batilin məhvə düçar olduğu gündür, bu gün məzlumların səsinə cavab günüdür, bu gün Allahın günüdür.                                                                              

Biz azərbaycanlı ruhanilər əziz və şücaətli Fələstin xalqının bu ağır günlərində bura toplaşaraq daim batilin qarşısında duran, zalımın məhvini istəyən, məzlumun yanında olan bacı və qardaşlarımızın adından məzlum Fələstin xalqına səslənərik:                                                             

Ey haqqı tapdalanmış fələstinli bacı və qardaşlarmız! Ey Allahın dinini müdafiyə edən qəhrəmanlar! Ey Beytül-Müqəddəsin azadlığı uğurunda canından və qanından keçən azad insanlar! Ey zalımın məhvi üçün gecə-gündüz  vuruşan  Allah qoşunu!                                                                                                                                                   

Biz və dünyanin bütün azad insanları, siz məzlum Fələstin xalqının səsinə səs veririk. Əziz rəhbərimiz İmam Seyyid Əli Xamenei həzrətlərinin əmrinə tabe olaraq  sizin yanınızda olduğumuzu elan edirik. Biz müqəddəs Qüds uğrunda canımızı fəda etməyə hazır olduğumuzu elan edirik

Biz azərbaycanlılar, İslam ümmətinin bir parçası olaraq Azərbaycan Respublikası hakimiyyətindən İsrail terror rejiminin yanacaqla təmin olunmasının dayandırılmasını tələb edirik. Çünki qaniçən israil terror rejimi Azərbaycan xalqından talayıb apardığı yanacaq vasitəsilə öz hərbi texnikasını hərəkətə gətirərək məzlum Fələstin xalqının soyqırımını təşkil edir.

Bütün dünya bilsin ki, Həzrət İmam Xamenei verdiyi vədədə olduğu kimi  qaniçən israil terror rejimi qısa müddətə sız mərd və şücaətli Fələstin xalqının əli və bütün azad insanların köməyi ilə tamamilə yer üzündən silinəcək. İnşaallah

Vəssalamu ələykum və rahmətullahi və bərəkatuh.

‘Vahid Ümmət’ Azərbaycanlı Ruhanilər Birliyi. 2021 -ci il,  may.”

kod
 
اعلام همبستگی اتباع جمهوری آذربایجان در ایران با ملت فلسطین

اعلام همبستگی اتباع جمهوری آذربایجان در ایران با ملت فلسطین

اعلام همبستگی اتباع جمهوری آذربایجان در ایران با ملت فلسطین
captcha