IQNA

Müqavimətin seyyidi sionist rejiminə xəbərdarlıq etdi

17:33 - May 26, 2021
Xəbər sayı: 3489914
Livanın Hizbullah təşkilatının Baş katibi Seyid Həsən Nəsrullah, sionist rejimin Livanın cənubundakı işğalının sona çatmasının 21-ci ildönümü münasibəti ilə etdiyi çıxışında İsrailə xəbərdarlıq edib.

Livanın Hizbullah təşkilatının Baş katibi Seyid Həsən Nəsrullah, sionist rejimin Livanın cənubundakı işğalının sona çatmasının 21-ci ildönümü münasibəti ilə etdiyi çıxışında İsrailə xəbərdarlıq edib.

Hizbullah lideri Seyid Həsən Nəsrullah İsrailin işğal altındakı Şərqi Qüdsdə təzyiq və hücumlara davam edəcəyi təqdirdə bu rejimin sonu olacaq.

“Şərqi Qüdsdəki hücum və təyiqlər davam edəcəyi təqdirdə İsrailin məhv olması ilə nəticələnəcək, həmçinin regional müharibə yarana bilər. İsraillilər işğal olunmuş Şərqi Qüdsdəki Məscidül-Əqsa başda olmaqla müqəddəs məkanlara təşkil edilən hücumların, törətdikləri digər hücumlardan fərqli olduğunu idrak etməlidilər. Bunun müqabilində Qəzzadakı müqavimət sərhədlər daxilində qalmayacaq.

Zira müqəddəslər təhlükə altında olduqda, süni sərhədlərin heç bir mənası yoxdur. Qüdsə qarşı regional müharibə tənliyinə çatılmalıdı. Çünkü İsraillilər bunun sayəsində atacaqları hər addımın onların sonu olacağını dərk edəcəklər”, -deyə Hizbullah lideri bildirib.

Qəzzadakı Fələstinli müqavimət qruplarının İsrailə qarşı böyük hərbi zəfər qazandıqlarını, bu uğur nəticəsində Fələstin davasının yenidən etibarının artmağa başladığını ifadə edən Seyid Nəsrullah, daha Amerika Birləşmiş Ştatlarının “Əsrin sülh sazişi”nin dəyərinin qalmadığına diqqət çəkib.

Seyid Nəsrullah İsrailin son döyüşlərlə təhlükəsizliyinə zərbə vurulduğunu qeyd edib.

“Bu tarixi hərbi nəaliyyətdir. Qəzzadakı müqavimət bunu təkbaşına etdi. Bununla yanaşı İsrail qurudan Qəzzada əməliyyata risk etmədi. Həmçinin İsrailin daxilində  1948-ci il işğal altındakı torpaqlarda ərəblərlə ciddi qarşıdurmalar baş verdi. Bu qarşı tərəfin varlığını təhdidi deməkdir.”, -deyə Hizbullah lideri əlavə edib. /iqna

 

captcha