IQNA

Yaponiyada İmam Xomeyninin (r.ə) görüşləri təhlil ediləcək

10:28 - June 04, 2021
Xəbər sayı: 3489983
İran İslam Respublikasının Yaponiyadakı Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə "İmam Xomeyninin (r.ə) görüşlərinin İmam Əli (ə) təlimləri əsasında analizi" adlı vebinar keçiriləcək.

İran İslam Respublikasının Yaponiyadakı Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə "İmam Xomeyninin (r.ə) görüşlərinin İmam Əli (ə) təlimləri əsasında analizi" adlı vebinar keçiriləcək.

İran İslam İnqilabının dahi rəhbəri Həzrət Ayətullah Üzma İmam Seyid Ruhullah Musəvi Xomeyninin (r.ə) vəfatının 32-ci ildönümü münasibəti ilə keçiriləcək bu vebinarda Yaponiyanın tanınmış İslamşünas və İranşünas alimi, Kyoto şəhərinin Ryokoko universitetinin müəllimi, İmam Əlinin (ə) xütbələri barədə bir neçə əsərin müəllifi və İran və Yaponiya dinlərarası dialoqlarının iştirakçısı Prof. Tusio Sanu çıxış edəcək.

İranın Yaponiyadakı səfirliyinin mədəni əlaqələr üzrə şöbəsinin verdiyi məlumata görə, bu vebinar sabah, 5 İyun, həftənin Şənbə günü, Tokio vaxtı ilə saat 17:00-da (Tehran 12:30) başlayacaq.  

Bu vebinarla bağlı məlumatları qarşıdakı linkdən - http://air.ir/Zrqzeer, əldə edə bilərsiniz. /iqna

captcha