IQNA

Səudiyyə HƏMAS rəsmisini 15 il müddətinə həbs etdi

19:12 - August 09, 2021
Xəbər sayı: 3490475
Səudiyyə Ərəbistanı məhkəməsi Fələstinin HƏMAS hərəkatının rəsmisi Məhəmməd əl-Hudarini 15 il müddətinə azadlıqdan məhrum edib.

Səudiyyə Ərəbistanı məhkəməsi Fələstinin HƏMAS hərəkatının rəsmisi Məhəmməd əl-Hudarini 15 il müddətinə azadlıqdan məhrum edib.

Əl-Hudarinin ailəsindən bildirilib ki, onun oğlu da 3 il müddətinə azadlıqdan məhrum edilib.

Səudiyyə Ərəbistanı məsələ ilə bağlı şərh verməyib.

“Amnesty International” (AI) fevral ayında bildirmişdi ki, 83 yaşlı əl-Hudari xərçəng xəstəliyi ilə bağlı əməliyyat keçirib.

Əl-Hudari və onun oğlu 2019-cu ilin aprel ayında tutulublar. AI Səudiyyə Ərəbistanını əsassız ittihamları geri çəkməyə və ata və oğlu azad etməyə səsləyib.

HƏMAS-ın məlumatına görə, Səudiyyə Ərəbistanı sözügedən hərəkatın 60 üzvünü həbs edib. /AA

Teqlər: fələstin ، səudiyyə ، həmas
captcha