IQNA

Fələstinli hamilə qadın İsrail əsirliyindan xilas oldu

12:39 - September 04, 2021
Xəbər sayı: 3490655
O, 6 ay idi ki, işğalçı sionist rejiminin zindanlarında hamilə qadın üçün münasib olmayan çox çətin bir şəraitdə saxlanılırdı və onun fiziki sağlamlığına qaydğı göstərilmirdi.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, 26 yaşlı fələstinli hamilə qadın Ənhar əd-Deyk cari ilin Mart ayının 8-də Qərb Sahillərində yerləşən Ramalla şəhərinin "Kəfər-Nemə" kəndində 3 aylıq hamilə olduğu halda sionist rejimi tərəfindən həbs edilərək zindana salınmışdı.

O, 6 ay idi ki, işğalçı sionist rejiminin zindanlarında hamilə qadın üçün münasib olmayan çox çətin bir şəraitdə saxlanılırdı və onun fiziki sağlamlığına qaydğı göstərilmirdi.

Sosial şəbəkə istifadəçiləri onun azadlığı üçün kampaniya başlatdıqdan və müqavimət cəbhəsi işğalçı rejimin bu cinayətinə ciddi təpki göstərikdən sonra sionist rejimi onun azadlığa çıxması ilə razılaşıb.

Sionist rejimi fələstinli hamilə xanımı 40 min israil şekelinin qarşılığında ev dustaqlığına buraxıb.   

Ərəb ölkələrinin sosial şəbəkə istifadəçiləri və müqavimət qrupları Ənhar əd-Dikin azadlıq xəbərini böyük coşqu və sevgi ilə qarşılayıblar və digər fələstinli məhbusların da azadlığı tələbi ilə çıxış ediblər.

Ənhar əd-Dik bütün müqavimət qrupları və onun azadlığı üçün çalışan sosial şəbəkə istifadəçilərinə təşəkkürünü bildirib və deyib: Mənim üçün vəfsolunmaz dərəcədə ağır günlər idi. O çətin şəraitdə övladımı necə dünyaya gətirəcəyim barədə düşünürdüm. Onun həbsdə dünyaya gəlməsini və o çətin şəraitdə və zalim rejimin həbsxanasında necə yaşayacağını təsəvvür belə edə bilmirdim.

Qeyd edək ki, işğalçı sionist rejimi indiyədək 4850 fələstinlini əsir edərək qanunsuz və mühakiməsiz həbsxanalarda saxlayır. Onlardan 41-i qadın, 225-i uşaq və 540 nəfəri isə dövlət işçisidir. / iqna

captcha