Livanda Cabulə uşaq evində işləyən xristian rahibə Joselin uşaq evinə yanacaq dəstəyi verən Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullaha təşəkkür edib.
Xristian rahibə Joselin Hizbullahın liderinə yanacaq böhranını, blokadanı aşdığına, ölkəyə və mərkəzlərinə yanacaq çatdırdığına görə təşəkkür edib.
Livanda xəstəxanalarından və bir çox yerdən oxşar məzmunlu təşəkkür mesajları Seyid Həsən Nəsrullaha çatdırılır.
Ciddi iqtisadi böhranlardan birinin baş verdiyi Livanda Hizbullah hərəkatının lideri Seyid Həsən Nəsrullah, ABŞ blokadasına və sanksiyalarına məhəl qoymadan İrandan Livana yanacaq gətirməyi bacarıb. / Deyerler.org