IQNA

Müsəlman Alimlər Birliyinin Qazaxıstan hökuməti və xalqına müraciəti

13:51 - January 13, 2022
Xəbər sayı: 3491559
Dünya Müsəlman Alimləri Birliyi Qazaxıstan hökumətini xalqın təhlükəsizlik, iqtisadi ədalət və korrupsiyanın aradan qaldırılması tələblərinə cavab verməyə çağırıb.

"İQNA", xəbər verir ki, Dünya Müsəlman Alimlər Birliyi bəyanatında Qazaxıstan xalqını və hökumətini ölkənin maraqlarını, müstəqilliyini, suverenliyini və təhlükəsizliyini nəzərə almağa və ölkəsinin sərvətini, nailiyyətlərini və ləyaqətini qorumağa çağırıb. Həm də öz ölkələrinin mənafeyini şəxsi maraqlardan üstün tutmalarını istəyib.

həmçinin etirazçıları şəxsi və ya ictimai əmlaka hücum etməməyə çağırıblar. Çünki İslamda və bütün dinlərdə digərlərinə zərər vermək haramdır.

Birlik, sonda Qazaxıstanın xeyirxah insanları və hökumətini sakitləşməyə və daxili dialoq yolu ilə problemləri həll etməyə çağırıb.

4028128

captcha