"İQNA", İraqdan xəbər verir ki, Müqəddəs Hüseyni Astanının Quran Evinin Rəhbərinin müavini Dr. Seyyid Mürtəza Camaluddin deyib: "Quran Evi Quran mədəniyyətini bütün İraq əyalətlərində yaymaq istəyir. Buna görə də, Bağdad şəhərində də filialını açıb. Bu açılış mərasimində Quran müəllimləri, hafizləri və Quran birliklərinin rəsmiləri və Elmi Hövzələrin tələbələri iştirak ediblər.
Açılış mərasimində iraqlı qari Abdullah Zuheyr Əl-Hüseyni Quran tilavət edib. Sonra Bağdaddakı Quran Evinin şöbəsinin rəhbəri Şeyx Mustafa Əl-Amiri və Astan Hüseyninin Quran Evinin bölməsinin rəhbəri Şeyx Xeyrəddin əl-Hadi çıxış ediblər.