IQNA

Qazaxıstanda üç islami kitabın təqdimatı olub

9:27 - March 07, 2022
Xəbər sayı: 3491873
Almatıda Üləmalar Şurasının 30-cu iclasında Qazaxıstan Müsəlmanları Dini İdarəsi tərəfindən üç dini-islami kitabın təqdimatı keçirilib.

İQNA, xəbər verir ki, Almatıda keçirilən Üləmalar Şurasının 33-cü iclasında Qazaxıstanın "Müftiyyatı" tərəfindən nəşr edilmiş "Qazax dilində lüğət və dini terminlər" kitabının təqdimatı olub. Mərasimdə baş müfti Novruzbay Hacı Tağanolinin rəhbərlik etdiyi şuranın üzvləri iştirak ediblər.

Qazaxıstanın baş müftisi mərasimdə deyib: "Qazaxıstan Müsəlmanları Dini İdarəsinin icazəsi ilə və hətta bu idarənin internet saytlarında dərc olunan dini ədəbiyyat, tərcümələr, elmi əsərlər, sosial şəbəkələr Qazaxıstan müstəqillik əldə etdikdən sonra dini söz və ifadələrin yazılışında ziddiyyət olduğunu göstərir."

O əlavə edib ki, Ərəb, türk, fars və rus dillərinin təsiri dini əsərlərin tərcüməsində xüsusilə nəzərə çarpır. Bunu nəzərə alaraq Qazaxıstan Müsəlmanları Dini İdarəsi qazax dilinin qanunlarına uyğun olaraq din sahəsində söz və ifadələrin yazılışını standartlaşdırmaq məqsədilə dini söz və ifadələrin orfoqrafiya lüğətini hazırlayıb. Bu qazax dilində ilk dini sözlərin orfoqrafiya lüğətidir.

Novruzbay lüğətin tərtib edilməsində qazax dilində 500-dən çox dini və ədəbi əsərdən, dərsliklərdən, elmi məqalələrdən, KİV-lərdəki məqalələrdən və rəsmi dini saytlardan istifadə olunub.

Mərasimdə "Cədvəllərdə şəriət" kitabının da təqdimatı olub. Bu kitabda müsəlmanların əməl etmək məcburiyyətində olduqları Hənəfi məzhəbinə qısa işarə edilib.

Tədbirdə "Qazaxıstanda İslam tarixi" adlı daha bir kitabın təqdimatı olub. Bu əsər Qazaxıstan Respublikasının Baş Müftisinin nəşr etdirdiyi dərslikdir.

4040710

captcha