IQNA

Almaniyada "Sosial xidmətlərdə İslam" adlı yeni kurs keçirilib

9:05 - March 08, 2022
Xəbər sayı: 3491877
Almaniyanın Münster Universiteti "Sosial xidmətlərdə İslam" adlı yeni kurs təşkil edib və bu kursda tələbələr İslam və Quran təlimlərinin sosial xidmətlər sahəsində tətbiqini müzakirə edəcəklər.

"İQNA", xəbər verir ki, Almaniyada bir çox sosial ekspertlər hesab edir ki, ölkə müsəlmanları böhran və fövqəladə hallar zamanı İslam inanclarından xəbərdar olan imamlar və ya sosial yardımçılara ehtiyac duyurlar. Almaniya isə yardımçılıq sahəsində müsəlman yardımçıların azlığı ilə üzləşib.

Beləliklə, Münster Universiteti "Sosial xidmətlərdə İslam" adlı yeni kursa başlayıb. 9 aylıq bu təlim kursu əsasən imamlar və sosial yardımçılar üçün keçirilir. Hazırda birinci kursda 25 nəfərin iştirakı gözlənilir. Məqsəd belə uzunmüddətli təhsil proqramını yaratmaqdır.

4040956

captcha