IQNA

Fransa Məscidləri bağlamaq üçün saxta sənədlər hazırlamaqda ittiham olunur

12:30 - April 07, 2022
Xəbər sayı: 3492023
Fransa müsəlmanları və BMT-nin xüsusi məruzəçisi Fransa hakimiyyətini terrorizm və ekstremizmi dəstəkləmək bəhanəsi ilə Fransa məscidlərinin bağlanmasına yönəlmiş məxfi sənədləri saxtalaşdırmaqda ittiham edib.

"İQNA", "TRT"-nin Ərəb bölümünə istinadən xəbər verir ki, Ötən il Fransa Daxili İşlər Nazirliyi Fransaya nifrət və ekstremist İslamı təbliğ etmək ittihamı ilə Fransada bir sıra məscidləri bağlayıb. Bununla belə, ittihamları təkzib edən məscid nümayəndələri bildiriblər ki, hökumət bu qərarın səbəbləri ilə bağlı kifayət qədər sübut təqdim etməyib.

İnsan haqları fəallarının və beynəlxalq təşkilatların, o cümlədən BMT və müsəlman nümayəndələrinin fikrincə, Fransa hakimiyyəti müttəhimlərə apellyasiya şikayəti vermək imkanı yaratmayan öz geniş səlahiyyətlərindən istifadə edərək məscidləri bağlayıb.

əlavə edilib ki, məxfi sənədlərin manipulyasiyası və saxtalaşdırılması özlüyündə narahatlıq doğurur, lakin bu, beynəlxalq müqavilələrin qanun qarşısında ədalətli məhkəmə araşdırması hüququ ilə bağlı müddəalarını da pozur.

4047084

captcha