"İQNA", İslam Mədəniyyəti və Kommunikasiya Təşkilatına istinadən xəbər verir ki, bu təşkilat, Quran tələbələri Təşkilatı, İQNA Xəbər Agentliyi və İranın Qazaxıstandakı Mədəniyyət Müşavirinin həmkarlığı ilə Ramazan ayı münasibəti ilə "Əsmaullah" adlı bu sərgini milli və beynəlxalq sərgilər şəklində keçirir. Orada İranın tanınmış tələbə və ustadlarının əsərləri virtual olaraq yüklənir və Qazaxıstandakı İran Mədəniyyət Şurasının sosial şəbəkələrində nümayiş etdirilir.
Bu sərginin məqsədi Quranın gözəlliklərini və Allahın adlarını nümayiş etdirmək üçün sənət dilindən istifadə etməkdir. Həmçinin milli və beynəlxalq səviyyədə akademiklər və şəxsiyyətlər arasında Qurani Kərim haqqında bədii, media və təbliğat əlaqələrini və qarşılıqlı əlaqələri gücləndirməkdir.
Qeyd etmək lazımdır ki, "Əsmaullah" virtual sərgisinə aprelin 4-dən mayın 1-dək "artspaces.kunstmatrix.com" saytında baxmaq olar.
4047158