IQNA

Günçıxan ölkənin ilk məscidi

17:35 - April 15, 2022
Xəbər sayı: 3492068
Günçıxan ölkənin ilk məscidi 1935-ci ildə Kobe şəhərində inşa edilib. İbadətgahın layihəsi isə çex memar İan Svaqr tərəfindən hazırlanıb.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Az.shafaqna.com-a istinadən xəbər verir ki, günçıxan ölkənin ilk məscidi 1935-ci ildə Kobe şəhərində inşa edilib.

İbadətgahın layihəsi isə çex memar İan Svaqr tərəfindən hazırlanıb.

Məscid böyük ibadət zalında, bəyaz mərmər mehrab və minbərdən ibarətdir.

1936-cı il 2 avqust tarixli qəzet xəbərinə əsasən, müsəlman ibadətgahı “müxtəlif ölkələrdən olan müsəlman bəylər və xanımların iştirakı” ilə təntənəli surətdə istifadəyə verilib.

Kobenin ozamankı meri Gindziro Katsuda müsəlman icmasını bu münasibətlə – Yaponiyanın ilk məscidinin açılışı ilə bağlı təbrik edib.

Maraqlıdır ki, ölkənin ilk müsəlman ibadətgahı 2-ci Dünya Müharibəsi və 1995-ci ildə Kobedə baş vermiş dağıdıcı zəlzələdən keçərək sağ-salamat şəkildə günümüzədək gəlib çatıb.

captcha