IQNA

Avropa İslam Mərkəzləri Təşkilatı İsveçdə Quranın yandırılmasını pisləyib

8:56 - April 18, 2022
Xəbər sayı: 3492086
Avropa İslam Mərkəzləri Təşkilatı İsveçdə Qurani-Kərimin yandırılmasını pisləyən və müsəlmanların dini müqəddəslərinə hörmət etməyə çağıran bəyanat yayıb.

"İQNA", "Amon News"-a istinadən xəbər verir ki, Avropa İslam Mərkəzləri Təşkilatı öz bəyanatlarında İsveçdə Quranın yandırılmasını pisləyib.

Bu təşkilat vurğulayıb ki, İsveçdə bir qrup ifrat sağçı fəalın müqəddəs ayda Qurani-Kərimin nüsxəsini cırıb yandırması hadisəsi ilə bağlı görülən işləri böyük narahatlıqla izləyir. O, bu hərəkəti dünyada müsəlman kişi və qadınların hisslərinə açıq-aşkar təhrikedici hesab edir.

Bəyanatda deyilir ki, bütün Qərb ölkələrində bu ekstremist qrupun hərəkətləri Qərbdəki müsəlmanları qorxutmaqdan, cəmiyyətin müxtəlif təbəqələri arasında nifaq salmaqdan və müsəlmanların hisslərini təhrik etməkdən başqa bir iş deyil. Onlar İslam müqəddəslərinin, xüsusilə Qurani-Kərimin təhqir edilməsinə etiraz edən gənclərlə polis arasında toqquşmalara səbəb olur.

Avropa İslam Mərkəzləri Təşkilatı bu məqsədyönlü hərəkətlərlə bağlı vətəndaş cəmiyyətinin, dini qurumların və İslam hökumətlərinin narahatlığını bölüşdüyünü vurğulayır. Quranı yandırmaqla, cırmaqla və ya karikatura kimi dini simvolları təhqir etməklə İslam müqəddəslərinə hücumun qarşısının alınması və cəzalandırılması üçün qanunun nə vaxt qəbul ediləcəyini bilmirik.

4050190

Teqlər: avropa ، İslam ، İsveç ، quran ، müsəlman
captcha