IQNA

Almaniya prezidenti müsəlmanları Fitr bayramı münasibətilə təbrik edib

16:02 - May 04, 2022
Xəbər sayı: 3492175
Almaniya prezidenti Almaniya və dünya müsəlmanlarını Fitr bayramı münasibətilə təbrik edərək, bu hadisəni ölkəsində müxtəlif insanların birgəyaşayışının bir hissəsi kimi qiymətləndirib.

"İQNA", "The Berlin Spectator"-a istinadən xəbər verir ki, Valter Ştaynmayer alman müsəlmanlarına müraciətində yazıb: "Müsəlmanlar bu bayramı birlikdə qeyd edirlər. Bu bayram Almaniyadakı cəmiyyyətimizin birgəyaşayışının bir hissəsidir."

O, bildirib ki, Fitr bayramı müsəlmanları birləşdirir və sizi (müsəlmanları) başqa dinlərlə əlaqələndirir.

Ştaynmayer dedi ki, son iki ildə birlikdə toplaşmaq çətin sınaq oldu. Epidemiya sizin bir yerdə ola bilməyəcəyiniz demək idi. Bilirəm ki, çoxlarınız bundan məhrum olmaqdan çox əziyyət çəkmisiniz. Buna görə də, epidemiyanı kontrol etmək üçün lazım olan ciddi qaydalara riayət etməkdə öz işinizi gördüyünüz üçün hamınıza təşəkkür etmək istəyirəm.

"Bu məhdudiyyətlər hələ bitməyib, lakin mən çox şadam ki, bu il siz Ramazan bayramını ailə üzvləriniz, dostlarınız və qonşularınızla qeyd edə bilirsiniz", deyə - Ştaynmayer deyib.

4054660

captcha