IQNA

Küveyt Hafizlər Birliyi Quran proqramlarının icraçısıdır

9:10 - July 28, 2022
Xəbər sayı: 3492626
Küveyt Hafizlər Birliyi dünyada bir çox xeyriyyə və Quran layihələri həyata keçirir. indiyədək dünyanın 52 millətindən olan 31 minə yaxın tələbə bu birliyin proqramlarından bəhrələnib.

"İQNA", "Ərəbi 21"-ə istinadən xəbər verir ki, Küveyt Hafizlər Birliyi Quran və Quran Elmlərinə Xidmət üzrə Küveyt Xeyriyyə Cəmiyyətidir. 2016-cı ildə Qurani-Kərimə xidmət etmək, Küveytin dünya şərq və qərb müsəlmanlarına diqqətinin miqyasını göstərmək, dünyanın yeni müsəlmanları ilə mədəni-sivilizasiya əlaqəsini qurmaq, Quran hifzi mərkəzlərinin yaradılması və onlara dəstək olmaq məqsədi ilə yaradılmışdır.

İndiyədək dünyanın 52 millətindən olan 31 minə yaxın tələbə bu assosiasiyanın proqramlarından yararlanıb. Bu mərkəz Çad və Benin müsəlmanlarına kömək və dəstək verməyə, məscidlər tikməyə, Quranı əzbərləmək üçün yığıncaqlar və dərnəklər keçirməyə və Afrika və Asiyada ərəb olmayanlar üçün müxtəlif dillərdə Quran hazırlamağa çalışmışdır.

Küveyt Hafizlər Birliyi Küveytin Quran və Quran elmlərinin nəşrindəki mövqeyini dünyaya tanıtmaq üçün beynəlxalq Quran hifzi müsabiqələri keçirməyə başlayıb. O, yaxın gələcəkdə Avropa, ABŞ və Latın Amerikasında yeni müsəlmanlar arasında fəaliyyətini genişləndirməyə ümid edir.

4073535

captcha