IQNA

Qazaxıstan konfransında dini liderlər sülh və dialoqa təkid ediblər

20:04 - September 18, 2022
Xəbər sayı: 3492945
Qazaxıstanda keçirilən beynəlxalq konfransın yekun bəyanatında dünyanın dini liderləri sülhün, dialoqun, qarşılıqlı hörmətin və dünyanın rifahı naminə əməkdaşlığın artmasını istədilər.

"İQNA", "Əl-Vifd"-ə istinadən xəbər verir ki, Qazaxıstanda keçirilən beynəlxalq konfransın yekun bəyanatında dünyanın dini liderləri sülhün, dialoqun, qarşılıqlı hörmətin və dünyanın rifahı naminə əməkdaşlığın artmasını istədilər.

Bu konfrans Qazaxıstan prezidentinin iştirakı ilə dünyanın böyük dini liderlərinin 100-dən çox nümayəndə heyətinin iştirakı ilə keçirilib. Papa və Əl-Əzhərin Şeyxi bu konfransın ən mühüm iştirakçıları arasında idilər.

Digər tərəfdən, Müsəlman Alimlər Birliyinin baş katibi də video müraciət göndərərək bu konfransa qatılıb. O, çıxışında ortaq dəyərlərin əhəmiyyətinə işarə edərək vurğulayıb: "Dini diplomatiya humanitar dəyərlərin və Dini Liderlər Konfransının ümumi məqsədlərinin təbliği sahəsində mühüm və effektiv vasitədir".

4086287

captcha