IQNA

Küveytdə Quranın çap mərkəzi yaradılıb

22:02 - December 23, 2022
Xəbər sayı: 3493459
Küveytin Qurani-Kərim və Peyğəmbər (s) Sünnəsinin Çapı üzrə Baş Təşkilatının sözçüsü bu ölkədə “Şeyx Nəvaf Əhməd” Quran çap mərkəzinin layihəsinin tamamlandığını açıqlayıb.

"İQNA", Küveytin "Ər-Rəy" qəzetinə istinadən xəbər verir ki, Küveytin Qurani-Kərim və Peyğəmbər (s) Sünnəsinin Çapı üzrə Baş Təşkilatının sözçüsü Mübarək Salim Əl-Həyyan bildirib: "Bu təşkilat Küveytin Əmək Nazirliyi ilə əməkdaşlıq edərək Şeyx Nəvaf Əhməd Quran Çap Mərkəzinin layihəsini başa çatdırıb və onun həyata keçirilməsi üçün hüquqi tədbirlərə başlanılıb".

O, əlavə edib: "Küveytin Qurani-Kərim və Peyğəmbər (s) Sünnəsinin Çapı üzrə Baş Təşkilatı bu mərkəzin layihəsini Quran çapı üçün qiymətli və layiqli memarlıq şah əsəri kimi tərtib etmişdir".

Əl-Həyyan dedi: "Bu layihə "Sübhan" sənaye zonasında və 27,200 torpaq sahəsində yerləşir. O, iki zirzəmidən ibarət olacaq, birincisi dayanacaq və xammal anbarı və ikincisi, binanın hava soyutma cihazlarının quraşdırılmasıdır".

O, həmçinin dedi: "Aşağı mərtəbədə mərkəzin inzibati binası və foye (qonaqların qəbulu sahəsi), əsas mətbəə və məscid yerləşəcək. Yuxarı mərtəbədə yüksək ofis və mərkəzlə bağlı ofislər də yer alacaq".

4108957

captcha