IQNA

Britaniyalı nazir tələbələrin Quranı təhqir etməsindən narahatdır

8:02 - March 03, 2023
Xəbər sayı: 3493783
İngiltərədə bəzi tələbələrin Quranı təhqir edən hərəkətləri daxili işlər nazirinin reaksiyasına və narahatlığına səbəb olub.

"İQNA", "Əl-Cəzirə"-yə istinadən xəbər verir ki, İngiltərənin daxili işlər naziri Sevilla Braverman polisin bir məktəbdə nifrət yaradan faktı qeydə almasından sonra bu məsələ ilə bağlı narahatlığını bildirib.

Verilən məlumatlara görə, dörd tələbə müsəlmanların müqəddəs kitabını təhqir edərək bir Quranın səhifələrini cırıblar.

İngiltərənin “The Times” qəzetinin dərc etdiyi təfərrüatlara görə, hadisə Qərbi Yorkşir əyalətinin paytaxtı Ueykfild şəhərindəki orta məktəbdə baş verib. Polis bu məsələni həll etmək üçün müdaxilə edib.

Bu qəzetə görə, autizmli 10-cu sinif şagirdi video oyununda uduzub və sinif yoldaşları ondan Quran gətirməsini istəyiblər. Bu Quran nüsxəsinin səhifələri məktəbin dəhlizində yerə atılıb, sonra cırılıb.

Bu məsələyə cavab olaraq yerli polis Quranın yandırılması ilə bağlı yayılan xəbərləri təkzib edib və 4 tələbəni bir həftəlik təhsildən kənarlaşdırıb.

4125440

captcha