IQNA

Liviya Universitetində ilk Quran elmi konfransı keçiriləcək

17:48 - March 05, 2023
Xəbər sayı: 3493797
"İQNA", "Liviya Əl-müstəqbəl"-ə istinadən xəbər verir ki, bu konfrans 12-14 sentyabr 2023-cü il tarixlərində Seyyid Muhəmməd ibn Əli Əl-Senusi Universitetinin Ərəb dili fakültəsi tərəfindən keçiriləcək.

Bu universitet elmi şəxsiyyətləri, o cümlədən tədqiqatçılar və maraqlananları öz tədqiqatlarını təqdim etməklə bu konfransda iştirak etməyə dəvət edir. Bu tədqiqatlar əvvəllər diplom almaq və ya başqa bir konfransa göndərilməmiş olmalıdır.

Sözügedən konfransın məqsədləri Quranın elmi möcüzələrini leksik, ədəbi və ritorik aspektlərdə tanıtmaq, Quran dilinin xüsusiyyətləri və onun möcüzəvi cəhətləri haqqında düşüncə və təfəkkürə təkan verməkdir. Quran elmləri və dilçilik sahəsində müqayisəli tədqiqatların dəstəklənməsidir. Qurani-Kərim sahəsində yeni dilçilik araşdırmaları sahəsində təşəbbüsə təşviq etməkdir.

Həmçinin Qurani-Kərim və Quranın ərəb dili və qrammatika və sintaksis alimləri, Qurani-Kərim və fonoloji tədqiqatlar, Qurani-Kərim, mənalar və lüğətlər, Qurani-Kərim və ədəbi elmlər bu konfransın əsas mövzularıdır.

4125883

 

captcha