IQNA

Dubay Quran Yarışmasının altıncı gecəsində 4 Afrikalı yarışıb

22:19 - April 01, 2023
Xəbər sayı: 3493943
Dubay Mükafatı Beynəlxalq Quran Yarışmasının 6-cı gecəsində müxtəlif Afrika ölkələrindən 4 iştirakçı, İndoneziya və Yəməndən isə iki iştirakçı yarışıb.

"İQNA", BƏƏ-nin rəsmi xəbər agentliyinə istinadən xəbər verir ki, Dubay Mükafatının 26-cı Beynəlxalq Quran Müsabiqəsinin 6-cı gecəsində İndoneziyadan Fətva Hadi Mövlana, Yəməndən Məhəmməd Əbduh Əhməd Qasim, Mavritaniyadan Məhəmməd Enjie Yusif, Ruandadan Şima Loqman, Konqo Brazzavillidən Ömər Dokuri və Cənubi Sudandan olan Taha Həsən Əbdül-Həmid Bilal Qurani-Kərimin bütünlüklə əzbərlənməsi sahəsində və Həfsin Asimdən nəqlinə əsasən yarışıblar.

Dubay Mədəniyyət və Elm Klubunun baş qərargahında keçirilən yarışmanın altıncı gecəsində təşkilat komitəsinin sədri və üzvləri, altıncı gecənin tərəfdarları da iştirak ediblər.

Xatırladaq ki, 26-cı Dubay Mükafatı Beynəlxalq Quran Müsabiqəsi cümə günü, martın 24-də Dubayın “Əl Məmzər” bölgəsinin “Mədəniyyət və Elm” Klubunun iclas zalında dünyanın müxtəlif ölkələrindən olan Quran hafizlərindən 65 təmsilçinin iştirakı ilə başlanıb.

4130686

captcha