"İQNA", xəbər verir ki, Elmi hövzədə dərs deyən livanlı vaiz, yazıçı və İslam alimi Seyyid Abbas Əl-Musəvi bildirib ki, insan mübarək Ramazan ayını elə başa vurmalıdır ki, ağılı hər şeyə hakim olsun.
O, qeyd edib ki, əgər insan ağlı qalib gələ bilsə, o zaman onun müdrik əzmi və iradəsi nəfs və şəhvətlərə hakim olar. Biz təkcə yeyib-içmək həvəsini nəzərdə tutmuruq, insan ağlı bütün ünsürlərə, günahlara doğru gedən qapılara və insanın əsir ola biləcəyi günahlara qalib gələr.
Odur ki, mübarək Ramazan ayının sonu ağıl və iradənin bütün istəklər üzərində hökmranlığının zirvəsidir. Biz demirik ki, insan öz həvəslərindən və nəfslərindən əl çəksin, çünki bunlar daimi insan ehtiyaclarıdır; Amma insan bu ayı elə başa vurmalıdır ki, ağlı hər şeyə hakim olsun. Həmçinin eyni şəkildə davam etsin və özünə söz versin ki, qarşıdan gələn Ramazan ayını qədər belə qalsın.
4135118