IQNA

Səudiyyə Ərəbistanının "Əl-tayi" komandasının almaniyalı futbolçusu müsəlman olub

17:38 - September 16, 2023
Xəbər sayı: 3494750
ƏR-RİYAD (IQNA) – Səudiyyə Ərəbistanının "Əl-tayi" komandasının almaniyalı legioneri Robert Bauer komandaya qoşulduqdan bir neçə həftə sonra İslam dinini qəbul etdiyini açıqlayıb.

"İQNA", "Əş-şərq"-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Premyer Liqasında çıxış edən "Əl-tayi" klubunun müdafiəçisi almaniyalı Robert Bauer yeni klubuna qoşulduqdan bir neçə həftə sonra İslam dinini qəbul etdiyini açıqlayıb.

Bauer "Verder Bremen"dən Səudiyyə Ərəbistanının "Əl-tayi"  klubuna keçib.

Robert Bauer İnstaqram səhifəsində şəkil yayımlayıb və yazıb: "Qayınatam Naser və oğlum İsa ilə birlikdə namaz qılıram".

O, sözlərinə belə davam edib: "Həyat yoldaşım və ailəsinin köməyi ilə İslamı qəbul etdim. Səfərimdə mənə kömək edən və ruhlandıran hamınıza çox minnətdaram".

Baur "Əl-tayi" ilə bir mövsümlük müqavilə imzalamışdı ki, bu müqavilə cari mövsümün sonunda uzadıla bilər.

"Əl-tayi" komandasının bu alman müdafiəçisi Qurani-Kərimi alarkən çəkdirdiyi şəkli dərc edib və yazıb: "Bu gözəl hədiyyəyə görə minnətdaram".

4168975

captcha