IQNA

BƏƏ-də qadınlar arasında keçirilən beynəlxalq Quran yarışlarının qalibləri məlum olub

10:36 - September 24, 2023
Xəbər sayı: 3494782
ƏBU DABİ (IQNA) – Sentyabrın 31-də BƏƏ-nin “Dubay” şəhərində keçirilən “Şeyxə Fatimə bint Mübarək” adlı 7-ci Beynəlxalq Quran Hifzi müsabiqəsinin qalibləri məlum olub. İordaniya təmsilçisi birinci yerə layiq görülüb.

"İQNA", "alkhaleej.ae"-yə istinadən xəbər verir ki, Beynəlxalq Quran İnstitutunun, Dubay Mükafatının himayəsi ilə bu müsabiqənin bağlanış mərasimi keçirilib. Bu mərasimdə "Ən-Nəhzə" qadınlar dərnəyinin inzibati şurasının rəhbəri Əminə bint Həmid Əl-Tayir, BƏƏ Ailə İnkişafı İnstitutunun baş direktoru Məryəm Məhəmməd Ər-Rəmisi, müəssisə və mərkəzlərin rəhbərləri, qadınlara məxsus Quran hifzi təlimi müəssisə və mərkəzlərin rəhbərləri, müsabiqə iştirakçıları və münsiflər heyətinin üzvləri, yarışın təşkilat komitəsinin üzvləri və iştirakçıların bir sıra yoldaşları iştirak edirdi.

Sözügedən yarışma hindistanlı Ayişə İzzət Məhəmməd Rəşidin Quran ayələrini oxuması ilə başlayıb. Daha sonra yeddi il əvvəl bu müsabiqələrin başlanğıcını əks etdirən sənədli film yayımlanıb.

 

Adıçəkilən mərasimin davamında bu müsabiqənin ən yaxşı 10 iştirakçısının adı açıqlanıb. İordaniyadan Sandus Səid Məhəmməd Seydavi birinci, Bəhreyndən Ümmətür-Rəhman Bədiə Kəlib ikinci yerə layiq görülüb. Əlcəzairli Yasmin Wold Dali, İndoneziyadan Məsləhət Camalud-Din və Yəməndən Əsma Əbdür-Rəhman Abdullah Əbdul-Məlik birlikdə üçüncü olublar.

4170520

 

captcha