IQNA

İspaniyalı nazir İsraillə diplomatik münasibətləri dayandırmağa çağırıb

7:29 - October 19, 2023
Xəbər sayı: 3494886
MADRİD (İQNA) - İspaniyalı nazir Belarra hökuməti Fələstin xalqına qarşı "planlı soyqırımı" səbəbilə İsraillə diplomatik əlaqələri dayandırmağa çağırıb.

"İQNA", xəbər verir ki, İspaniyanın sosial hüquqlar naziri vəzifəsini icra edən İone Belarra hökuməti Fələstin xalqına qarşı “planlı soyqırımı”na görə İsraillə diplomatik əlaqələri dayandırmağa çağırıb.

  Nazir Belarra jurnalistlərə deyib: “Bu gün mən tərəfdaşımızdan (hökumətdəki) Sosialist İşçi Partiyasından (PSOE) İsrailin Fələstin xalqına qarşı həyata keçirdiyi bu planlı soyqırıma qarşı mübarizədə daha ciddi hərəkət etməyi istədim. Bu səbəbdən mən hesab edirəm ki, biz İsraillə diplomatik əlaqələrimizi dərhal dayandırmalıyıq”. Belarra bəyan edib ki, bu “soyqırım”a görə siyasi məsuliyyət daşıyanlara qarşı nümunəvi iqtisadi sanksiyaların tətbiqi üçün Avropa səviyyəsində toplantı keçirilməlidir.

Belarra intensiv bombardmanlar, su və elektrik enerjisinin kəsilməsi də daxil olmaqla mülki şəxslərə qarşı tətbiq edilən kollektiv cəzanın beynəlxalq humanitar hüququn açıq şəkildə pozulması olduğunu vurğulayıb.

İsrailə silah embarqosu qoymağa da çağıran Belarra, “Bizim də təcili silah embarqosu qoymağa ehtiyacımız var. Avropa müstəqil hərəkət edə bilər, etməlidir və sülhə can atmalıdır"-dedi.

captcha