IQNA

Londondakı İslam məktəbinə hədələyici mesajlar göndərilib

8:05 - December 11, 2023
Xəbər sayı: 3495113
İQNA – Londonda İslami ibtidai məktəbə nifrətlə bağlı təhdid mesajları göndərilib.

"İQNA", İngiltərədəki bir ərəb saytına istinadən xəbər verir ki, Şərqi Londonda İslami ibtidai məktəbdə uşaqlara qarşı nifrət dolu çıxışlar Britaniya parlamentinin üzvləri tərəfindən pislənib.

Hadisə, 3-11 yaş arası şagirdlərin olduğu Apex İbtidai Məktəbinə “oradakı hər kəsi və bütün o lənətə gəlmiş uşaqları öldürməklə” hədələyən əlyazma məktubu almaları idi.

Bu ciddi təhdidlərdən sonra polis İlforddakı bu müstəqil İslam məktəbində təhqiqata başlayıb, tələbələri və müəllimləri qorumaq üçün təcili təhlükəsizlik tədbirləri görüb.

Leyboristlərin İlford Cənub Millət vəkili Sam Tarri məktubla bağlı deyib: “Bu, İsrailin bombardmanları nəticəsində Qəzzada baş verən ağrılı hadisələrə açıq-aydın işarədir”.

Millət vəkili daxili işlər nazirinə məktub yazıb və bildirib ki, məktəbə çatan məktub yerli müsəlman icmasında böyük qorxu yaradıb.

Statistikalar göstərir ki, oktyabrın 7-dən Londonda İslama qarşı nifrət dolu çıxışların sayı 7 dəfə artıb.

İngiltərə İslam Cəmiyyəti X platformasında dərc olunan bəyanatda müstəqil İslam məktəbi olan Apex İbtidai Məktəbinə təhlükə ilə bağlı narahatlığını ifadə edib.

4186909

captcha