IQNA

İŞİD Kerman şəhərində törədilən terror aktlarına görə məsuliyyəti öz üzərinə götürüb

14:00 - January 05, 2024
Xəbər sayı: 3495247
İQNA - İŞİD terror təşkilatı İranın Kerman şəhərində baş verən bombalı hücumlara görə məsuliyyəti öz üzərinə götürüb.

İranın Kerman şəhərində törədilən bombalı hücumlara görə məsuliyyəti İŞİD terror təşkilatı üzərinə götürüb.

Bu barədə quruma bağlı Telegram kanalı vasitəsilə məlumat verilib.

Kerman əyalətində İran İnqilabı Keşikçiləri Ordusu Qüds Qüvvələrinin komandanı Qasım Süleymaninin 2020-ci ilin yanvarında ABŞ-ın Bağdada etdiyi hücumda şəhid olmasının 4-cü ildönümündə anım mərasiminin keçirildiyi qəbiristanlığa gedən yolda iki partlayış baş verib.

İran rəsmiləri partlayışların terror aktı olduğunu açıqlayıb.

Kerman şəhərində olan daxili işlər naziri Əhməd Vahidi mətbuata verdiyi son açıqlamada, "Ədliyyə Tibb İnstitutu Kermanda törədilən terror aktında şəhidlərin sayını 84, yaralıların sayını isə 284 olaraq açıqlayıb. şəhidlərin sayı arta bilər” dedi.

Vahidi, “Bu terror hadisəsindən sonra Kerman vilayətində təhlükəsizlik vəziyyəti normaldır və hər şey nəzarət altındadır” dedi.

captcha