IQNA

Katolik dininin ruhani liderinin İrana həmrəylik mesajı

11:11 - January 07, 2024
Xəbər sayı: 3495255
İQNA - Katolik dininin ruhani lideri Roma Papası Fransisk İranda törədilən terror aktlarında həyatını itirən və yaralananlar üçün dua edib.

Yanvarın 3-də İranın Kirman şəhərində törədilən terror aktlarında 84 nəfər şəhid olub, 250-dən çox insan yaralanıb.

Katolik dininin ruhani lideri Roma Papası Fransisk bu gün Epiphany bayramı münasibətilə təşkil edilən ibadət mərasimində İranda bombalı hücumların qurbanları üçün dua edib.

Papa Fransisk həmçinin mesajını paylaşıb: “Kirmanda törədilən terror aktında həyatını itirən çoxsaylı qurbanların yaxınlarına, çoxlu yaralılara və bu böyük ağrıdan əziyyət çəkən bütün İran xalqına yaxınlığımı bildirirəm”.

captcha