IQNA

Oksford Quran Tədqiqatları Bələdçisi kitabının ərəbcə tərcüməsi çap edilib

12:10 - February 03, 2024
Xəbər sayı: 3495406
İQNA - Oksford Quran Tədqiqatları Bələdçisi kitabı ərəb dilinə tərcümə edilərək nəşr edilib.

"İQNA", "Sədyul-Bələd"-ə istinadən xəbər verir ki, kitabda Quran araşdırmasının bugünkü vəziyyəti, onun formalaşdığı tarixi mühit, onun tərtibi, nəqli, əlyazmaları və təfsiri ilə bağlı bir çox məsələlər müzakirə olunub.

Yeni dövrdə Qurani-Kərimə önəm verilməsi yeni üfüqlər müəyyən etmişdir. Şərqşünaslar bu sahədə rol oynamış və Qurani-Kərimə müsəlmanların adi yanaşmalarından fərqli yanaşma nümayiş etdirmişlər.

Şərqşünasların Quranla bağlı məsələlər və elmlər üzrə araşdırmaları 19-20-ci əsrlərdə pik həddə çatmış və müəyyən dərəcədə dini, milli və etnik meyillərdən uzaqlaşmışdır.

Oksford Quran Tədqiqatları Bələdçisi səkkiz bölüm və 57 fəsildən ibarətdir.

Bu kitabın müəllifləri London Universitetinin Şərq və Afrikaşünaslıq fakültəsinin İslamşünaslıq kafedrasının Kral Fahd sədri Məhəmməd Əbdül-Həlim və London Universiteti Şərq və Afrikaşünaslıq fakültəsinin Dillər və Mədəniyyətlər kafedrasının müəllimi Mustafa Şahdır.

4197252

captcha