IQNA

İraqda 3 günlük matəm elan edilib

12:16 - February 04, 2024
Xəbər sayı: 3495412
İQNA - İraq hökuməti ABŞ-ın hücumunda şəhid olanlar üçün 3 günlük matəm elan edib.

İraq Baş nazirliyi Mətbuat İdarəsindən verilən yazılı açıqlamada, "Baş nazir Məhəmməd Şia əl-Sudani silahlı qüvvələrimizdə şəhid olanların xatirəsinə bütün dövlət idarə və müəssisələrində 3 günlük ümumi matəm elan edilməsi barədə göstəriş verdiyi" deyildi.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) baza hücumuna cavab olaraq İraq və Suriyadakı müqavimət qüvvələrinə aid hədəflərə hava zərbələri endirib.

İraq hökumət sözçüsü Bəsim Avvadi, verdiyi yazılı açıqlamada, "Amerika rəhbərliyi Qaim Akkaşat (Ənbar) bölgəsində təhlükəsizlik qüvvələrimizə hücum etdi. Bu düşmən hücumu mülki vətəndaşlar da daxil olmaqla 16 nəfərin şəhid olmasına və 25 nəfər yaralanmasına səbəb oldu" ifadələrindən istifadə edib.

Hücumun bölgədəki yaşayış məntəqələrinə və ictimai əmlaka maddi ziyan vurduğunu bildirən Əvvadi, ABŞ-ın hücumla bağlı İraq hökumətini məlumatlandırması ilə bağlı iddiaların "əsassız" olduğunu bildirib.

captcha