IQNA

Şotlandiyanın baş naziri: “Britaniya hökuməti İsrailə silah satışını dayandırmalıdır”

10:49 - February 27, 2024
Xəbər sayı: 3495532
İQNA – Şotlandiyanın müsəlman baş naziri Həmzə Yusif Britaniya hökumətindən sionist rejimə silah satışını dayandırmasını istəyib.

"İQNA", "Arab21" saytına istinadən xəbər verir ki, Şotlandiyanın regional baş naziri Həmzə Yusif Britaniya hökumətindən İsrailə silah satışını dayandırmasını istəyib. Çünki bu, insan haqlarının pozulacağı ilə bağlı narahatlıqları artırır.

Həmzə Yusif, “Middle East Eye” verdiyi müsahibədə mühasirədə olan Qəzza əhalisinin aclıq təhlükəsi ilə üzləşdiyini nəzərə alaraq, İsrailə silah ixracı lisenziyasının dayandırılması lazım olduğunu bildirib.

O, həmçinin bildirib ki, dünyanın seyr etdiyi dəhşətli səhnələr insan qanunlarının pozulmasının bariz göstəriciləridir.

Həmzə Yusif ağ bayraqlar daşıyan günahsız dinc əhalinin öldürüldüyünü, qaçqın düşərgələrinin, məktəblərin bombalandığını, minlərlə günahsız qadın və uşağın öldürüldüyünü bilməyimizlə belə bir sual yaranır: “İsraili silahla silahlandırmağa necə haqq qazandıra bilərik?”.

Britaniyanın silah ixracı standartlarına əsasən, ölkənin silahlarının bu cür cinayətlərdə istifadə olunacağına dair açıq bir risk olduğu müəyyən olunarsa, hökumət silah ixracı lisenziyalarını dayandırmalıdır.

Həmzə Yusif Qəzzada dağıntılar və insan iztirablarını artıran İsraili silahlandırmaq üçün heç bir səbəb tapa bilmədiyini bildirib.

İspaniya və Belçika bu ayın əvvəlində Qəzza zolağında mülki əhalinin çox olması səbəbindən işğalçı İsrail rejiminə silah satışını dayandırıb.

4201820

captcha