IQNA

Misir Xarici İşlər Naziri: “Qurani-Kərimi təhqir etmək yolverilməzdir”

11:18 - March 01, 2024
Xəbər sayı: 3495544
İQNA - Misirin xarici işlər naziri BMT-nin İnsan Haqları Şurasındakı çıxışında islamofobiyanın böyüməsini tənqid edib və Qurana təhqir və hörmətsizliyin qəbuledilməz olduğunu vurğulayıb.

"İQNA", "Əl-Təmir" saytına istinadən xəbər verir ki, çərşənbə axşamı BMT-nin İnsan Haqları Şurasında çıxış edən Samih Şükri beynəlxalq arenada insan haqları məsələsinə təsir edən bir çox problemə toxunub, Bunlara irqçi davranışlar, nifrət cinayətləri, islamafobiyanın artması, Qurani-Kərimi təhqir edib yandırmaq daxildir.

Bu çətinliklərə heç bir şəkildə haqq qazandıra bilməyəcəyini bildirən Şükri, bu hərəkətlərin davam edəcəyi təqdirdə İnsan Haqları Şurasının etibarını və yaranma məqsədini itirəcəyini bildirir.

Misirin xarici işlər naziri BMT-nin İnsan Haqları Şurasına üzv olan ölkələri insan haqları ilə bağlı ikili standartlardan çəkinməyə çağıraraq, bəzi ölkələri siyasi məqsədlər üçün hədəf almamalı, digərləri tərəfindən törədilən cinayətləri dəstəkləməməli olduqlarını bildirib.

O, həmçinin bəyan edib ki, şura çağırışlarla mübarizədə və insan hüquqlarının siyasi məqsədlər üçün istifadəsinin qarşısının alınmasında daha böyük rol oynaya bilər.

4202361

captcha