IQNA

İran Kitab Sərgisinə xarici nəşriyyatların qeydiyyatı başlayıb

9:27 - March 04, 2024
Xəbər sayı: 3495563
İQNA - 35-ci Tehran Beynəlxalq Kitab Sərgisində iştirak etmək üçün xarici naşirlərin qeydiyyatı martın 2-si şənbə günü başlayıb.

"İQNA", İran Kitab və Ədəbiyyat Evinin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, 35-ci Tehran Beynəlxalq Kitab Sərgisində iştirak etmək üçün xarici naşirlərin qeydiyyatı şənbə günü başlayıb və aprelin 20-dək davam edəcək.

Bu sərgidə iştirak etmək üçün müraciət edən xarici nəşriyyatlar və onların nümayəndələri qeydiyyatdan keçmək üçün ketab.ir və ya Register-int.tibf.ir sisteminə müraciət edə bilərlər.

Bu müddət ərzində nəşriyyatların qeydiyyatı, kitabların stendlərdə təbliği və təqdimatı rəhbər işçilər və nəşriyyatlar üçün asanlaşdırılıb.

9-19 may tarixlərində 35-ci Tehran Beynəlxalq Kitab Sərgisi keçiriləcək.

4203078

captcha