IQNA

Britaniya İslam Mərkəzi Quran müsabiqəsinin qalibləri mükafatlandırılıb

10:47 - March 11, 2024
Xəbər sayı: 3495610
İQNA – Britaniya İslam Mərkəzi təşkil etdiyi milli Quran yarışmasında uğur qazanan uşaq və gəncləri mükafatlandırıb.

"İQNA"-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İngiltərə İslam Mərkəzinin imamı Höccətül-İslam Vəlmislimin Seyid Haşim Musəvi bağlanış mərasimindəki çıxışında təşkilatçılar və iştirakçılara təşəkkür edib.

Yarış Quranın hifzi, təhqiq və tərtil qiraətikimi bütün kateqoriyalar üzrə mərkəzə bağlı Tibyan məktəbində keçirilib.

Fevralın 17-dən 24-dək İngiltərənin müxtəlif şəhərlərindən 6-17 yaş arası 100-ə yaxın uşaq və gənc seçmə mərhələdə iştirak edərək İngiltərənin müxtəlif şəhərlərindəki İslam mərkəzlərində və məktəblərdə yarışıblar.

Münsiflər heyəti oğlanlar və qızlar arasında üç kateqoriya üzrə 25 qalib müəyyən edib.

Bağlanış mərasimi 9 mart şənbə günü axşam və işa namazından sonra İngiltərə İslam Mərkəzində baş tutub. Qaliblərə xatirə lövhələri, müsabiqə heykəlləri və mükafatlar təqdim olunub.

4204599

captcha