IQNA

İran İslam Respublikasında müharibə əlillərinə və veteranlarına məxsus avtovağzal istifadəyə veriləcək

23:31 - March 11, 2013
Xəbər sayı: 2509886
Səhiyyə və Sağlamlıq qrupu: Tehran İcra Hakimiyyəti nəzdində Səhiyyə İşləri Üzrə Baş İdarə Müavini bildirib ki, sabah (12 mart) Tehran İcra Hakiminin iştirakı ilə inqilab və müharibə veteranları üçün xüsusi terminalın açılış mərasimi keçiriləcək.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə Mehdi Əmiri - Tehran İcra Hakimiyyəti nəzdində Səhiyyə İşləri Üzrə Baş İdarə Müavini bildirib ki, sabah (12 mart) Tehran İcra Hakiminin iştirakı ilə inqilab və müharibə veteranları üçün xüsusi terminalın açılış mərasimi keçiriləcək.
Əmirinin sözlərinə görə yeni terminal hal-hazırda 60 minibus, 20 avtobus, 2 vip avtobus və 10 ədəd xırda minik maşını ilə təchiz olunmuş və xidmətə hazır vəziyyətdədir.
Əmiri müxtəlif qrumların Səhiyyə və Sağlamlıq həftəsində proqramlarını şərh edərək ictimai amillərin sağlamlıqda təsirli olduğunu vurğulayaraq dedi: Bu gün sağlamlıda təsirli olan amillərinin 75% ictimai və mədəni amillərdir. Təkcə 25% amil bəzi mövcud nöqsanlara qayıdır.
Onun dediklərinə görə Novruz bayramı və Sağlamlıq həftəsi münasibəti ilə hal-hazırda Tehranın mərkəzi yerlərində şəkər, qan təzyiqi və müxtəlif təcili lazım olan dərman peraparatları ilə təchiz edilmiş 30 tibbi dayanacaq fəaliyyət göstərir ki, yaxın günlərdə Tehranın 374 məhəlləsində 500-dən çox sağlamlıq dayanacaqları quraşdırılacaq.
Bundan əlavə metro, avtobus və taksi dayanacaqlarında vətəndaşlara xüsusi xidmətlər olacaq.

1202860
captcha