Sahartv-nin məlumatına görə, BMT-nin insan haqları üzrə beş müfəttişi cümə günü bir bəyanatda bildiribdir ki, etiraz və tənqidlərin zorakı və repressiv hərəkətlərlə yatırılması nəinki beynəlxalq humanitar hüquqları pozur, həm də şübhəsiz, çəkişmələrin şiddətlənməsinə bais olacaqdır.
Bu bəyanatda belə bir nigarançılıq ifadə olunubdur ki, yaradılmış atmosfer Bəhreyndə sosial və siyasi çaxnaşmaların hər cür azaldılması perspektivinin zəifləməsinə bais olmuş olacaq.
BMT müfəttişləri vurğulayıblar ki, ötən bir ildə Bəhreyndə insan haqları durumu son dərəcə ağırlaşıbdır və bu ölkənin başçıları müxaliflərə divan tutmaq üçün kəskin zorakılıqlara əl atırlar.
Bəhreyn 2011-ci ildən Ali-Xəlifə rejiminin repressiv siyasətləri nəticəsində yaranmış narazılıq böhranı ilə üzləşir.
Bəhreynin xəfiyyə qüvvələri son zamanlar bu ölkə şiələrinin rəhbəri Şeyx İsa Qasimin mənzilinə basqın edib, etirazçı əhalini atəşə tutaraq, beş nəfəri şəhid edib, 100-dənçox insanıyaralayıb və təqribən 300 nəfəri də həbs ediblər.