İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Rusiya dövləti dünən, Cümə günü, 17 Avqust 2018-ci il, Küveytə yeni səlahiyyətli səfirini göndərib.
"Rusiya əl-yovm" informasiya portalının verdiyi məlumatda deyilir ki, Rusiya prezidenti Vladimr Putinin fərmanı ilə Nikolay Makarov Küveyt dövlətində Rusiyanın səfiri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Nikolay Makarov bundan öncə Rusiya xarici işlər nazirliyinin Orta Şərq və Afrikanın şimalı ölkələrinin işi üzrə idarə müavini vəzifəsində çalışıb.