İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin əl-Əzhər İslam Mərkəzinin müftisi Şövqi Əllam "beynəlxalq Ərəb dili günü festivalı"nda dedi: Ərəb dili Qurani-Kərimə görə əhəmiyyətlidir.
Dünən, həftənin ikincü günü, 18 Dekabr 2018-ci il, BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) qərargahında keçirilən "Ərəb dili günü festivalı"nda çıxış edən Misrin əl-Əzhər İslam Mərkəzinin müftisi Şövqi Əllam vurğulayıb: Ərəb dilinin qorunması, inkişaf etdirilməsi və gücləndirilməsi milli zərurətdir.
Doktor Şövqi Əllam əlavə etdi: Ərəb dilini dünya dilləri arasında ən qədim dillərindən biri sayılır.
Misrin əl-Əzhər İslam Mərkəzinin müftisi vurğuladı: Dünya səviyyəsində Ərəb dilinin bu qədər əhəmiyyətli olması Qurani-Kərimin Ərəb dilində olmasına görədir və Ərəb dili Quranın dərkinə kömək edir.
Qeyd edək ki, hər il Dekabr ayının 18-i beynəlxalq ərəb dili günüdür. BMT (Birləşmiş Millətlər Təşkilatı) 1973-cü ildə Ərəb dilini bu təşkilatın rəsmi dillərindən biri elan etdi.