İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, ABŞ dövlət katibi Mayk Pompeo bu gün (həftənin 3-cü günü, 9 Dekabr 2019-cu il) gözlənilmədən İraqın paytaxtı Bağdada səfər edib.
Bu barədə “Əş-Şərq əl-Əvsət” qəzeti məlumat verib. Məlumata əsasən, Bağdadda Mayk Pompeo İraq parlamentinin spikeri Məhəmməd Həlbusi ilə görüş keçirib.
İraq parlamentinin spikerinin dəftərxanası bəyaniyyə yayaraq xəbəri təsdiqləyib və bildirib ki, bu görüş İraq parlamentinin xarici əlaqələr komissiyasının üzvlərinin iştirakı ilə keçirilib.
“Əl-Cəzirə” televiziya kanalı ABŞ dövlət katibi Mayk Pompeonun Bağdadda bir sıra İraq siyasətçiləri ilə və baş nazir Adil Əbdül Mehdi ilə görüşəcəyini bildirib.
Xatırladaq ki, ABŞ Dövlət Departamenti Mayk Pompeonun yanvarın 8-15 tarixlərində İordaniya, Misir, Bəhreyn, BƏƏ, Qətər, Səudiyyə Ərəbistanı, Bəhreyn, Oman və Küveytə səfər edəcəyini bəyan etmişdi.
http://iqna.ir/fa/news/3779933