İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, 2017-ci ilin payızından indiyədək Fransa dövləti müsəlmanların 7 məscidinin fəaliyyətini dayandırmış və qapılarını bağlamışdır.
Fransa dövləti bu gün (13 Fevral 2019) elan edib: Terrorizmlə mübarizə qanununun icrası çərçivəsində 2017-ci ilin Oktyabr ayından indiyədək ölkədə 7 məscidin qapısı bağlanıb və 10 terror hücumunun qarşısı alınmışdır.
Fransanın daxili işlər naziri bəyaniyyədə bildirib ki, terrorizmlə mübarizə qanunu təsdiq edildikdən sonra təhlükəsizlik qüvvələri şübhəli bilən 93 evdə yoxlama aparıb və 106 nəfər ev dustağı edilib.
Fransada 2015-ci ilin 13 Noyabr ayında baş verən hadisənin ardınca Fransa parlamenti polis və təhlükəsizlik qüvvələrinə terrorizmlə bağlı şübhəli bilinən evlərə və ibadət ocaqlarına soxulmağa və insanları saxlamağa tam ixtiyar verib.