İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin təhlükəsizlik qüvvələrinin xəbər qaynaqları İxvanul-Müslimin təşkilatının HASM hərəkatına bağlı üç üzvünün edam hökmünün icra edildiyini elan edib.
Edam edilən İxvanul-Müslimin üzvləri Misr polisinin yüksək rütbəli zabiti Nəbil Fərəcin qətlə yetirilməsində təqsirkar biliniblər.
Misrin yüksək çinli zabiti Nəbil Fərəc 5 il öncə, 2013-cü ildə Kərdasə polis qərargahına hücum zamanı öldürülmüşdü. Həmin hücumda 13 nəfər polis işçisi də qətlə yetirilmiş, polis qərargahı və maşınlar yandırılmışdı.