IQNA

Filippin parlamentində Qurana and içildi

23:53 - March 31, 2019
Xəbər sayı: 3484912
Filippinin cənubunda yerləşən Bangsamuru muxtar əyalətinin parlament üzvləri and içmə mərasimində Qurani-Kərimə and içiblər.

Filippin parlamentində Qurana and içildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Filippinin cənubunda yerləşən Bangsamuru muxtar əyalətinin parlament üzvləri and içmə mərasimində Qurani-Kərimə and içiblər.

Müsəlmanların çoxluq təşkil etdiyi Bangsamuru əyaləti Fevral ayında keçirilən referandomda muxtariyyət əldə etmişdi.

Muxtar vilayətin ilk parlamenti dünən, həftənin Şənbə günü, 30 Mart 2019-cu il, Qurani-Kərimə and içərək öz işini rəsmiləşdirib.

Bangsamuru parlamenti Cümə günü keçirilən iclasda Əli Bangilyan Balindungu parlamentin rəisi seçiblər.

Muru İslami Azadlıq Cəbhəsinin rəisi Hacı Murad İbrahim isə Mart ayında and içərək müvəqqəti baş nazirlik məsuliyyətini üzərinə götürüb.

Qeyd edək ki, Bangsamuru əyalətinin muxtariyyəti referondomunda iştirak edən 1 milyon 540 min 17 nəfərin 1 milyon 700 min nəfəri Bangsamurunun muxatar vilayət olmasının lehinə səs veriblər.

http://iqna.ir/fa/news/3800439

Teqlər: iqna ، filippin ، bangsamuru ، muxtariyyət
captcha