İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Suriyanın İsrail rejimi tərəfindən işğal edilən Qolan Təpələrinin Məcadəl Şəms yaşayış məntəqəsində ABŞ Prezidenti Donald Trapmın Qolana dair qərarına etiraz olaraq aksiya keçirilib.
Aksiya iştirakçıları öz vətənlərinə sadiq olduqlarını və suriyalı kimliklərinə bağlıqlıqlarını bir daha ifadə ediblər.
Etirazçılar torpaqlarını müdafiə etmək üçün canlarından keçməyə hazır olduqlarını qeyd ediblər.
Aksiya iştrakçıları ABŞ və İsraili BMT Baş Assambleyasının qətnamə və qərarlarına hörmət etməyə çağırıblar. /eastnews.org/