İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının İsfahan şəhərində gəzintiyə gəlmiş xarici turistlər İmam Mehdinin (ə.f) mübarək mövlud mərasimində iştirak ediblər.
İsfahan şəhərinin Nasiriyyə mədrəsəsi və İsfahanın "İmam Məscidi"ndə (Camei-Abbasi) keçirilən mövlud mərasimində 36 ölkədən bu şəhərdə səfərdə olan turistlər iştirak ediblər.
Mövlud bayramında "salavata ehsan" dayanacağı, mövludnamı, mədhiyyə və dini nəğmə oxunması, "əl-mehdi tavusu əhli-cənnət" yazılmış postal kartların hədiyyə edilməsi, müxtəlif dillərdə baroşuraların paylanması, Məhdəviyyət mövzusunda xəttatlıq, üz-üzə danışıq proqramları və turistlərlə müsahibə kimi müxtəlif proqramlar icra edilib.
İsfahanın övlud mərasiminin keçirilməsi barədə videonu qarşıdakı linkdə izləyə bilərsiniz: https://www.aparat.com/v/cMFdr
Bu mərasimdən hazırlanmış fotoları təqdim edirik:
http://iqna.ir/fa/news/3805325