IQNA

Quran sərgisində Portuqal dilində İslami kitablar məcmuəsinin nümayişi

14:16 - August 14, 2011
Xəbər sayı: 2170506
Beynəlxalq şöbə: İran-Braziliya dostluq cəmiyyəti 19-cu Beynəlxalq Qurani-Kərim sərgisində portuqal dilində İslami kitablar məcmuəsini nümayiş etdirmişdir.
İqna Quran Xəbər Agentliyi (İQNA): Tehranın İmam Xomeyni (r h) adına müsəllasında, 19-cu Beynəlxalq Qurani-Kərim sərgisindən verilən məlumata görə, bu məcmuəni Şeyx Talib Hüseyn Xəzrəci portuqal dilinə tərcümə etmişdir.
“İslamda ictimai nizam”, “İslamda namaz”, “Nəhcülbəlağədən dərslər”, “Vilayət”, “Mehdi (ə.f)”, “Qurani-Kərimdən dərslər” məcmuədə yer alan əsərlərdəndir. Həmçinin “İslam hidayəti” adlanan bu məcmuədə “İmam Hüseynin (ə) hüquq risaləsi” və “Böyük İslam İnqilabının rəhbəri İmam Xomeyni (r h)” əsərləri də gözə dəyir.
İran-Braziliya dostluq cəmiyyətinin guşəsində nümayiş etdirilən əsərlər Braziliya İslam Mərkəzinin vasitətəsilə nəşr edilmişdir.
Xatırladaq ki, portuqal dili Portuqaliya və Braziliyanın rəsmi dili olmasından əlavə bəzi Afrika ölkələri də bu dildə danışır.
Tehranın İmam Xomeyni (r h) adına müsəllasında keçirilən 19-cu Beynəlxalq Qurani-Kərim sərgisi avqustun 26-dək hər gün saat 17:00-dan 23:00-a qədər sərgi həvəskarlarını üzünə açıqdır. 841737
captcha