IQNA

Fransada yaşayan Mərakeş əsilli sənətçinin Qurana xəyanəti

16:17 - September 22, 2011
Xəbər sayı: 2191906
Beynəlxalq şöbə: Fransada yaşayan Mərakeş əsilli sənətçinin proyektordan istifadə edərək quran ayələrini çılpaq bir bədən üzərində əks etdirməsi müsəlmanların qəzəbinə səbəb olub.
İqna Quran Xəbər Agentliyi (İQNA): Romandie xəbər agentliyinin verdiyi məlumata görə, özünü beynəlxalq "Müasir incəsənət" sərgisinə hazırlayan Fransada yaşayan Mərakeş əsilli sənətçi Mehdi Corcun çılpaq bədən üzərində quran ayələrini əks etdirməsi müsəlmanları qəzəbləndirib. Bu fotoşəkilin virtual aləmdə yayılmasının ardından mərakeşli müsəlman gənclər Fransa və Mərakeş səlahiyyətlilərinə mövzuya müdaxilə etmək və bu sənətçiyə lazım olan cəzanın verilməsinin lazım olduğunu ifadə edən məktub göndəriblər.
27 yaşlı fransalı sənətçi əsərinin Mərakeşdə 30 sentyabrdan 7 oktyabra qədər davam edəcək sərgidə sərgilənəcəyini öz internet səhifəsində bildirib. O, yazır: Öz bədənimə quran ayələrini proyektordan istifadə edərək əks etdirməyimdən məqsəd müsəlmanları incitmək deyil, əksinə bu şəkildə öz ailəmi əks etdirməyə çalışmışam. Çünki anam katolik atam isə müsəlmandır.
O, özünün sərgidə olmayacağını, sadəcə əsərini göndərəcəyini də qeyd edib. 865113
captcha