IQNA

“İraqda Quran mədəniyyətinin yayılmasında electron ötürücülərin rolu” adlı qurultay keçiriləcək

22:26 - December 28, 2011
Xəbər sayı: 2247365
Beynəlxalq şöbə: “İraqda Quran mədəniyyətinin yayılmasında electron ötürücülərin rolu” adlı qurultay İran Quran Xəbər Agentliyinin həmkarlığı ilə İraqın Nasiriyyə şəhərində keçiriləcək.
İraqın Nasiriyyə şəhərində “Darul Qurani-Kərim”müəssisəsinin rəhbəri Rəəd Ədnan Əl-naseri İran Quran Xəbər Agentliyi (İQNA) ilə söhbəti əsnasında dedi: Bu qurultay Darul-Qurani Kərim müəssisəsinin təşəbbüsü və İran Quran Xəbər Agentliyinin həmkarlığı ilə dey ayının 7-si səhər saat 10-da Nasiriyyə şəhərinin Ziğar universitetində keçiriləcək.
O əlavə etdi: Bu qurultay İraq cəmiyyəti arasında Quran mədəniyyətinin yayılması məqsədilə keçirilir və İraq parlamentinin nümayəndəsi Məhəmməd Mehdi Əl-nasiri, Nasiriyyə şəhərində Ayətullah Əl-əzmi ofisinin rəhbəri Seyyid Əli Sistani və Ziğar universitetinin ədəbiyyat fakültəsinin Quran elmləri şöbəsinin rəhbəri Heydər Əl-Musuy kimi bir çox görkəmli şəxslər və bu universitetinin bir sıra tələbələr iştirak edəcək. 923673

captcha